Modern.az

Quba Xəstəxanasının baş həkimi məşhur oteldəki qəzadan DANIŞDI    

Quba Xəstəxanasının baş həkimi məşhur oteldəki qəzadan DANIŞDI     

Aktual

9 İyul 2018, 14:39

Bu gün Quba rayonundakı "Quba Palace Hotel”ə məxsus kanatda baş verən hadisə nəticəsində xəsarət alanlar şəxslərdən birinin vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb.


Bu barədə Modern.az-a Quba rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyar Səfərov məlumat verib. Baş həkim qeyd edib ki, hadisə nəticəsində xəstəxanaya 2 nəfər gətirilib:


"1958-ci il təvəllüdlü Rafiq Həsənov sağ ayağın aşağı ətrafının sıyrılmış yarası və 1985-ci il təvəllüdlü Rahid Əliməmmədov döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya daxil olub. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Rafiq Həsənov evə buraxılıb. Rahid Əliməmmədovun isə müalicəsi davam etdirilir, vəziyyəti stabildir, həyati təhlükəsi yoxdur”.

 

Qeyd edək ki, "Quba Palace Hotel”in kanatının qırılması nəticəsində Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu dünyasını dəyişib. Həlak olan və yaralanan şəxslərin "SCADA” şirkətinin əməkdaşları olduğu bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı