Kənd Təsərrüfatı Nazirliyi Respublika Süni Mayalanma Mərkəzində 6 cins üzrə 36 baş heyvan var.
Modern.az xəbər verir ki, bunu jurnaslitlərə açıqlamasında Respublika Süni Mayalanma Mərkəzinin direktoru Ramiq Abbasov bildirib.
Direktorun sözlərinə görə, 2007-ci ildə yaradılan mərkəzin əsas məqsədi ölkədə aqrar sahənin inkişafını təmin etməkdir:
“2009-cu ildən etibarən süni mayalanma vasitəsilə buzovlar doğulmağa başlayıb. 2015-ci ildən sonra süni mayalanma şəbəkəsi genişləndirilir. Bu da ölkə başçısının aqrar sahəyə olan diqqətindən irəli gəlir. Mərkəzin binası Fransa layihəsi üzərində qurulub”.
O bildirib ki, tövlə və laboratoriyaya giriş qadağandır:
“Çünki bu, buğaların hislərinə mənfi təsir edə bilər. Hətta ən adi ətir iyinin belə prosesi ləngidə bilər. Almaniya və Avstriyadan gətirilən buğalardan keyfiyyətli toxum alınır. İmkanı olan xarici ölkədən heyvan alıb gətirə bilər. Amma kasıb təbəqə lizinq yolu ilə Almaniyadan heyvan ala bilmir. Alınan heyvan ölürsə, kəndli zərərə düşür. Bir heyvan bir toxumdan mayalandığı halda buzov doğulur və 3 ildən sonra 8-10 litr süd verib ailəni dolandırırsa, bu bir ailənin təminatı deməkdir. Bildiyiniz kimi, hər doğulan heyvan başına görə 100 manat subsidiya verilir. Subsidiya bu sahənin inkişafına çox böyük stimul verir”.
R.Abbasov deyib ki, Almaniya və Avstriyadan alınan heyvanların qiyməti 7-15 min manat arasında dəyişir:
“Alınan heyvanlar üçün 40 karantin günü müəyyən olunur. Heyvanlar gəldiyi gündən onlardan toxum alırıq. Hazırda toxum bankında 150 min dozaya qədər toxum ehtiyatı var.
Bir inəyin təbii mayalanma zamanı sərf etdiyi erekulyatından min doza proyekt hazırlanır. Həmin proyektin biri isə 4 manatdır. Bu da 4 min manat deməkdir. Böyük dövlətlər mayalanma ilə kifayətlənmir, klounlaşma dövrünə keçiblər. Düşüünrəm ki, gələcəkdə bizdə də bu işlər görülə bilər”.
Direktor xaricdən alınan heyvanlarla yerli növ cinslərin mayalanması zamanı meydana çıxan suallara da aydınlıq gətirib:
“Bəzi fikirlər var ki, bizim inəklər cır, çəkisi az olduğu üçün süni mayalanma zamanı əmələ gələn buzovu qarnında daşıya bilmir. Qəribəsi budur ki, kəndlinin inəyi boğaz olan kimi onu əzizləməyə başlayır, yemini qabağına qoyur, özü yemir, inəyini yedizdirir. İnək də yeyib kökəlir və buzov çətinliklə doğulur. Həmin inək qorxduğu üçün bir də bala vermir. Ona görə də inək mayalanarsa, vaxtaşırı gəzintidə olmalıdır”.