Modern.az

Sosial şəbəkələr doğum sayını azaldır - Araşdırma

Sosial şəbəkələr doğum sayını azaldır - Araşdırma

Dünya

Bu gün, 12:42

Smartfon və sosial şəbəkələrin geniş yayılması dünyada doğum səviyyəsinə mənfi təsir göstərib.

Modern.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri ekspert rəylərinə və statistik məlumatlara istinadən yazıb.

Məlumata görə, ABŞ və Böyük Britaniyada doğum sayının azalması yüksək sürətli internetin daha erkən yayıldığı bölgələrdə daha sürətli müşahidə olunub.

Oxşar tendensiya Afrika və Cənub-Şərqi Asiyanın inkişaf etməkdə olan ölkələrində də qeydə alınıb.

Ekspertlər hesab edirlər ki, smartfon və sosial şəbəkələrin gündəlik həyata təsiri insanların ailə qurmaq, uşaq sahibi olmaq və münasibətlərə baxışını dəyişdirib. Bu amillərin xüsusilə gənc nəslin həyat tərzinə ciddi təsir göstərdiyi vurğulanır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı