Modern.az

Avtoxuliqanlığı təbliğ edən şəxs həbs TUTULDU - VİDEO

Avtoxuliqanlığı təbliğ edən şəxs həbs TUTULDU - VİDEO

Aktual

23 İyul 2018, 21:06

Sosial şəbəkələrdə avtoxuliqanlıq edərək canlı yayıma çıxan ''Ağdamlı Faiq'' tutulub. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl yayılan görüntülərdə Faiq avtomobillərin intensiv hərəkət etdiyi yola çıxaraq təhlükəli manevrlər etməyə başlayır. Hələ üstəlik bu hərəkətini də sosial şəbəkədə canlı yayımlayır.

Saatda 160 kilometrdən artıq sürətlə hərəkət edən həmin şəxs bir əlində telefonu tutub izləyicilərinin suallarını da cavablandırır və özünə haqq qazandırmağa çalışır. Hadisə ilə bağlı Ağdam rayon Yol Polisi Bölməsinin əməkdaşları özünü ''Ağdamlı Faiq'' kimi təqdim edən Faiq Hüseynovu saxlayıblar.

Polis Şöbəsində onun barəsində araşdırma aparılarkən o da məlum olub ki, Faiq Hüseynov 4 gün əvvəl sürücülük vəsiqəsi alaraq bu təhlükəli əməlləri törətməyə başlayıb.

Qeyd edək ki, sürücü və atası Ağdamda kondisioner ustasıdır. O, bu hərəkətlərini çılğınlıq adlandırıb və ''cavanlıq'' etdiyini deyib.

Onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, bir illik sürücülük hüququndan məhrum edilməklə 30 gün də inzibati həbs edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı