Modern.az

Tovuzda azyaşlını maşın vurdu

Tovuzda azyaşlını maşın vurdu

Aktual

23 İyul 2018, 22:31

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Əsrik Cırdaxan kənd yolunda baş verib. Belə ki, yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Əhmədov Nihad Əhməd oğlunu maşın vurub. Yaralı piyada rayon xəstəxanasına aparılıb, ilkin yardımdan sonra Bakı şəhərindəki xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı