Modern.az

Qəbiristanlıqdan oğurluq edənlər tutulub

Qəbiristanlıqdan oğurluq edənlər tutulub

Aktual

24 İyul 2018, 11:36
İyulun 23-də Yevlax Rayon Polis Şöbəsinə rayon ərazisindəki qəbristanlıqların birində qəbirlərin ətrafına quraşdırılmış metal çəpərlərin oğurlandığı barədə müraciət daxil olub.
DİN-dən Modern.az-a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Sadəddin Əhmədov və Mahir Məmmədov olduqları müəyyən edilib.

​Metal qəbulu məntəqəsinə satdıqları çəpərlərin bir hissəsi maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb. ​Faktla bağlı cinayət işi başlanılıb.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı