Modern.az

Dövlət kömitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Dövlət kömitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Aktual

24 İyul 2018, 14:12

İyulun 24 -də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.


Qəbulda Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri iştirak ediblər.

Məcburi köçkünlərin müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.


Dövlət Komitəsinin sədri müraciətləri ayrı-ayrılıqda dinləyib. Qeydə alınmış müraciətlərlə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı