Modern.az

700 bal toplayan abituriyent: “Təhsil alacağım universiteti də seçmişəm” - FOTO  

700 bal toplayan abituriyent: “Təhsil alacağım universiteti də seçmişəm” - FOTO   

Aktual

24 İyul 2018, 15:47

“I qrup üzrə imtahan verdim və 700 bal topladım. Yaz imtahanlarına da qatılmışdım. Amma 665 bal toplamışdım. Nəticə məni qane etmədiyindən ikinci dəfə yay imtahanlarına da qatıldım. Çünki yüksək nəticə göstərəcəyimə ümid edirdim”.

Bunu Modern.az-a açıqlamasında 700 bal toplayan İlqar Məmmədov deyib.

O, bildirib ki, artıq təhsil alacağı universiteti də müəyyənləşdirib.


“Orta məktəbi 5-ci sinfə qədər 160 nömrəli Klassik Gimnaziyada oxumuşam. 5-ci sinifdən 11-ci sinfə qədər isə Elitar gimnaziyada təhsil almışam. Yüksək nəticə göstərməyimdə həm müəllimlərimə, həm də valideynlərimə borcluyam. Artıq təhsil alacağım universiteti də seçmişəm. Bakı Ali Neft Məktəbində oxumaq istəyirəm. Gələcəkdə xaricdə oxumaq arzum da var”.

Qeyd edək ki, iyulun 20-də keçirilən I və IV qrup imtahanlarında ümumilikdə 15 nəfər 700 bal toplayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı