Modern.az

Qasırğa 27 nəfəri öldürdü

Qasırğa 27 nəfəri öldürdü

Aktual

24 İyul 2018, 16:03

Vyetnamda "Son-Tin" qasırğasının fəsadları artmaqda davam edir.

Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, güclü yağışla müşayiət olunan qasırğanın yaratdığı torpaq sürüşmələri və daşqınlar zamanı ölənlərin sayı 27-ə çatıb. Daha 26 nəfərin müxtəlif xəsarətlər aldığı, 7 nəfərin isə itkin düşdüyü bildirilir.

 

Tropik qasırğa nəticəsində onlarla ev dağılıb, çaylarda, su hövzələrində suyun səviyyəsi artıb. 80 mindən hektardan çox düyü sahələrinin məhv olduğu qeyd edilir. Yollar dağılıb, elektrik enerjisi şəbəkəsinə ziyan dəyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı