Modern.az

"Qarabağ" bu futbolçunu rəsmən transfer etdi

"Qarabağ" bu futbolçunu rəsmən transfer etdi

Aktual

24 İyul 2018, 17:05

“Qarabağ” növbəti transferi rəsmən açıqlayıb.

Modern.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, konqulu hücumçu Con Delarjla 3 (2+1) illik müqavilə imzalanıb.

Delarj karyerasına Kamerunun “Union Duala” klubunda başlayıb. Daha sonra “Dunayska Streda” (Slovakiya), “Slovan” (Liberets, Çexiya), Avstriyanın “Admira” və “Osmanlıspor” (Türkiyə) klublarında oynayıb. 28 yaşlı hücumçunun son klubu isə “Bursaspor” olub.

Konqo yığmasının heyətində 12 oyuna çıxan Delarj 1 qol vurub.

Digər məlumata görə, Ağdam klubu bugünlərdə sabiq hücumçusu İnnosent Emmeqara ilə də müqavilə bağlayacaq. Yaxın günlərdə Nigeriya əsilli isveçrəli futbolçunun komandanın düşərgəsinə qoşulacağı gözlənilir. 

 

Qeyd edək ki, 29 yaşlı futbolçu son olaraq Kiprin "Ermis" komandasında oynayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı