Modern.az

Dörd dövlət qurumun rəhbəri "Sınıq körpü"dəki vəziyyətlə tanış olub - FOTO

Dörd dövlət qurumun rəhbəri

Aktual

24 İyul 2018, 18:29

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Sınıq Körpü” sərhəd-keçid məntəqəsində mövcud vəziyyətlə tanış olub.

DGK-dən Modern.az-a verilən məlumata görə, S.Mehdiyevlə birgə sərhəd-keçid məntəqəsini Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev də ziyarət ediblər.

Qurum rəhbərləri sərhəd-keçid məntəqəsində mövcud vəziyyəti müzakirə edib, eyni zamanda, vətəndaşlar və sürücülərlə görüşərək sərhədkeçmə prosesindəki vəziyyətlə bağlı onların rəy və təkliflərini dinləyiblər.

Səfər çərçivəsində "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinin infrastrukturunun təkmilləşdirilməsi prosesində görüləcək işlər barədə müzakirələr aparılıb.

Qurum rəhbərləri xidmət səviyyəsinin yüksəldilməsi, sərhəd-keçid məntəqəsində baş verən sıxlıqların gələcəkdə təkrarlanmaması üçün aparılacaq yenidənqurma işlərinin səmərəliliyinin təmin olunması, sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə həyata keçirilməsinə dair tapşırıq və tövsiyələrini veriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı