Modern.az

Türkiyəli nazirdən ETİRAF: “Mnatsakanyan və Paşinyanı təbrik etdim”

Türkiyəli nazirdən ETİRAF: “Mnatsakanyan və Paşinyanı təbrik etdim”

Aktual

24 İyul 2018, 19:20

"NATO sammiti zamanı Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşdüm. Mən onu Avropa Şurasında Ermənistan təmsilçisi kimi tanıyırdım. Onu xarici işlər naziri təyin olunması münasibətilə təbrik etdim”.

Modern.az-ın xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. 

M. Çavuşoğlu bildirib ki, Z. Mnatsakanyanın yanında baş nazir Nikol Paşinyan da olub:

“Mən onu da Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik etdim. Bu təbriklər bizim Azərbaycan, Qarabağla bağlı siyasətimizin dəyişməsi anlamına gəlmir. Bizim mövqeyimiz bəllidir: Azərbaycanın qəbul etdiyi istənilən qərarı dəstəkləyirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı