Modern.az

 “Səfərdən maksimum sərfəli nəticə ilə qayıtmaq üçün meydana çıxacağıq”- Qurban Qurbanov

 “Səfərdən maksimum sərfəli nəticə ilə qayıtmaq üçün meydana çıxacağıq”- Qurban Qurbanov

Aktual

25 İyul 2018, 00:30

“Kukesi" futbolçularının mətbuata açıqlamalarına nəzər yetirsək, onların inamlı danışdıqlarını görərik. Bu da onların meydana qələbə üçün çıxacaqlarını göstərir”. Modern.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Kukesi” ilə sabah keçiriləcək səfər oyunundan öncə təşkil edilən mətbuat konfransında deyib.

 

O, heyətdə müəyyən problemlərin olduğunu, ancaq səfər matçından yaxşı nəticə qazanmağa çalışacaqlarını bildirib: "Rəqibi yaxşı analiz etmişik. Səhvsiz oynamağa çalışacağıq. Heyətlə bağlı bir neçə problemimiz var, amma meydana çıxanda bunları göstərməməyə çalışacağıq. Səfərdən maksimum sərfəli nəticə ilə qayıtmaq üçün meydana çıxacağıq".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı