Modern.az

Zaqatalada 36 yaşlı kişi itkin düşdü – axtarışlara helikopter cəlb olundu

Zaqatalada 36 yaşlı kişi itkin düşdü – axtarışlara helikopter cəlb olundu

Aktual

25 İyul 2018, 08:45

Zaqatalada 36 yaşlı kişi itkin düşüb.

Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

İyulun 24-də saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlu 21 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

Q.İbrahimovun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.​

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...