Modern.az

“Qarabağ” bu gün səfərdə “Kukesi” ilə qarşılaşacaq  

“Qarabağ” bu gün səfərdə “Kukesi” ilə qarşılaşacaq  

Aktual

25 İyul 2018, 09:06

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları davam edir. 

Modern.az xəbər verir ki, bu gün qitənin ən mötəbər klub turnirində “Qarabağ” da meydana çıxacaq.

Ağdam klubu Albaniyada “Kukesi”nin qonağı olacaq. Avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz növbəti mərhələyə adlamaq üçün səfərdə sərfəli nəticə qazanmalıdır. 


Qeyd edək ki, Qurban Qurbanovun komandası bu mərhələni də uğurla adlasa, növbəti turda BATE – HİK cütünün qalibi ilə qarşılaşacaq.

25 iyul

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, ilk oyunlar

21:00. “Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan)
Baş hakim:
 Ola Hobber Nilsen (Norveç)
Şkoder. “Loro Boriçi” stadionu

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı