Modern.az

“Seçdiyim ixtisasın parlaq gələcəyi var” – 700 bal toplayan abituriyent

“Seçdiyim ixtisasın parlaq gələcəyi var” – 700 bal toplayan abituriyent

Aktual

25 İyul 2018, 11:13

Qəbul imtahanlarında 700 bal toplamış Anar Abıyevin müsahibəsi

 

- Anar, bir az özünüz haqqında danışın.

 

- Mən, Anar Abiyev 2001-ci il iyun ayının 3-də Lerik rayonunda anadan olmuşam. 2007-ci ildə 34 nomrəli məktəbdə birinci sinfə getmişəm, 2008-ci ildən isə 297 nömrəli tam orta məktəbdə oxumuşam.

 

- Qəbul imtahanında göstərdiyin uğura görə kimə təşəkkür edərdiniz?

 

- Göstərdiyim nəticəyə görə ilk növbədə məktəbdə mənə savad verən müəllimlərimə, “Zəfər” kursu kollektivinə, valideynlərimə və bacıma təşəkkür edirəm.

 

- Anar, ali məktəblər arasında niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiniz?

 

- BANM-da yaradılmış yüksək şərait, ingilis dilində müasir tədris, həmçinin xarici universitet və şirkətlərlə geniş əlaqələri məni bu Ali Məktəbi seçməyimə öz təsirini göstərən amillərdir.

 

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiniz?

 

- Boş vaxtlarımda bədii kitablar oxuyuram, basketbol oynayıram, açıq havada piyada gəzirəm.

 

- Niyə I qrupa üstünlük vermisiniz?

 

- Birinci qrupun fənlərinə uşaq yaşlarımdan həvəsim olub. Həm də bu fənləri öyrəndikcə məhz bu istiqamətdə uğurlar əldə edə biləcəyimə inanmışam.

 

- Sizcə müasir dövrdə parlaq gələcəyi olan ixtisas hansıdır?

 

- Demək olar ki, bütün sektorlarda her şey avtomatlaşmaya doğru gedir. Bu səbəbdən fikrimcə, “Proseslərin avtomatlaşdırılması mühəndisliy” ixtisası parlaq gələcəyi olan ixtisaslardandır.

 

- BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?

 

- Mən elə BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçdim. Uşaq yaşlarımdan dəqiq elmlərə və IX – XI siniflərdə isə proqramlaşdırmaya olan həvəsim məni bu qərarı verməyə təkan verdi.

 

- BANM-ı bitirdikdən sonra planlarınız nədir?

 

- BANM-ı bitirdikdən sonra prestijli xarici universitetlərin birində təhsilimi davam etdirmək və öz sahəm üzrə daha geniş biliklər əldə edərək həmin sahənin profesional mütəxəssisi olmaq istəyirəm.

 

- Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə görmək istəyirsiniz?

 

- Bu gələcəkdə qazanacağım bilik və uğurlara bağlıdır.

 

- Ən çox hansı fənni və nə üçün sevirsiz?

 

- Fizika fənnini daha çox sevirəm, çünki bu fənn təbiət elmləri arasında aparıcı yerdədir. Fizikanı bilmək yaşadığımız dünyanı, təbiəti və kosmosu bilməkdir.

 

- Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

 

- Uğur qazanmağın əsas yolu nə istədiyini əvvəlcədən müəyyən etməkdir. Yalnız bundan sonra müəyyən etdiyin hədəf uğrunda çalışmağa başlamaq lazımdır.

 

- Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiniz?

 

- Mən bizdən sonrakl abituriyentlərə məsləhət görərdim ki, bacarıqlarına uyğun ixtisas qrupunuı müəyyən etsinlər. Qarşılarına məqsəd qoysunlar və ona çatmaq üçün hər gün bezmədən çalışsınlar.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan həyasızlıq - Ağılasığmaz açıqlama - Ukraynanı nə gözləyir?