İstanbul akvatoriyasında gəmi kapitanı sərnişini gəmidən dənizə atıb.
Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir. Məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib.
Bildirilir ki, kapitanın belə hərəkətinə isə sərnişinin səsləndirdiyi etirazlar səbəb olub. Belə ki, sərnişin gəmidə yüksək səslə qoyulan müsiqiyə etiraz edərək kapitana şikayət edib.