Ermənistanda Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd idarəsinin əməkdaşları Ermənistan-Türkiyə sərhədini pozan 5 nəfəri saxlayıblar.
Modern.az bildirir ki, Rusiya sərhədçiləri sərhəd dəstəsinin Artaşat məntəqəsindən Ermənistanın ərazisinə qanunsuz keçməyə cəhd edən 5 Əfqanıstan vətəndaşını aşkar ediblər.
Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.