Modern.az

Bakı-Sumqayıt yolu BAĞLANIR - Alternativ yollardan İSTİFADƏ EDİN

Bakı-Sumqayıt yolu BAĞLANIR - Alternativ yollardan İSTİFADƏ EDİN

Aktual

27 İyul 2018, 14:57

Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində  asfalt örtüyünün yenilənməsi və üfiqi nişanlanma xətlərinin çəkilişi işlərinin tam olaraq 18-20 saat ərzində yekunlaşdırılması nəzərdə tutulub.

 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Modern.az-a verilən məlumatda bildilib.

İyulun 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər saatlarınadək qeyd edilən yolda avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Hərəkət istiqaməti  Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.

Ancaq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq digər alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

 

Alternativ yollar:

 

1. Sumqayıt şəhəri, Saray və Masazır qəsəbələrindən:

- Balaxanı-Zabrat yolu vasitəsi ilə Heydər Əliyev prospektindən,

- Binəqədi şossesindən,

- Novxanı-Pirşağı marşrutu üzrə Kürdəxanı-Zabrat, Kürdəxanı-Maştağa-Buzovna və Bilgəh-Buzovna yolları vasitəsi ilə Heydər Əliyev prospektindən şəhərə daxil olmaq mümkündür.

 

2. H.Z.Tağıyev-Sahil avtomobil yolundan:

- Ələt-Bibiheybət və Ələt-Lökbatan dairəsi-Bakı-Dairəvi-1 yolu,

- Şamaxı yolu-Sulutəpə dairəsi-Hocahəsən-Bibiheybət və Hocahəsən-Bakı Dairəvi-1 marşrutu ilə şəhərə daxil olmaq mümkündür.

 

3. Bakı-Sumqayıt yolundan:

- Xırdalan dairəsi-Binəqədi qəsəbəsi marşrutu üzrə Binəqədi şossesindən, həmçinin Balaxanı-Zabrat yolu vasitəsi ilə Heydər Əliyev prospektindən,

- Ekologiya postu – 4-cü qapı küçəsi (Biləcəri-Binəqədi yolu) vasitəsi ilə Binəqədi şossesindən, həmçinin 4 -cü qapı küçəsi-Biləcəri qəsəbəsindən,

- Xocahəsən-Bibiheybət və Hocahəsən-Bakı Dairəvi-1 yollarından,

- Avtovağzal-Biləcəri qəsəbəsi marşrutu ilə şəhərə daxil olmaq mümkündür.

 

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...