Modern.az

Bitkoin ucuzlaşmağa başladı

Bitkoin ucuzlaşmağa başladı

Aktual

28 İyul 2018, 08:59

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti son bahalaşmadan sonra 8 min dollardan aşağı düşüb.

 

Modern.az-ın məlumatına görə, kriptovalyutanın həftənin əvvəlində qiyməti 8 min dollara çatıb.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 3,39% ucuzlaşaraq 7,94 min dollar təşkil edib.

 

Alternativ kriptovalyutalar da ucuzlaşıb. Belə ki, "Ethereum" 2,84% və ya 464,7 dollaradək ucuzlaşıb, "Ripple" 2,43% (0,452 dollara qədər), "Bitcoin Cash" 4,43% (804,22 dollaradək) ucuzlaşıb.

 

Kriptovalyuta bazarının kapitallaşması hazırda 290,8 milyard dollar təşkil edir və bunun 46,8% faizi bitkoinin payına düşür.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı