Modern.az

Bakı Dairəvi yolu bağlandı

Bakı Dairəvi yolu bağlandı

Aktual

6 Avqust 2018, 10:31

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Dairəvi 1 avtomobil yolunda (Biləcəri-Bakı-Sumqayıt yol ayrıcında) yol nişanlarının və lövhələrin sökülməsi və Abşeron rayonu, Dalğa plazanın qarşısından Novxanı istiqamətinə üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az-a bildirilib ki, işlər axşam saatlarında qədər yekunlaşdırılacaq.


Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı