Paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir.
Bu barədə Bakı Təhsil idarəsindən Modern.az-a məlumat verilib.
Bildirilib ki, hazırda 13 məktəbdə əsaslı təmir işləri aparılır, 1 məktəbin binasının, 1 məktəbin isə qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilir.
Bundan əlavə, ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası davam edir. Həmçinin, 1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi da davam etdirilir. Bütün bu işlərin yeni tədris ili başlayana qədər başa çatdırılması nəzərdə tutulur.