Modern.az

Həkimlər Bakıdan minaya düşən Elgünü xilas etmək üçün Tovuza yollandı

Həkimlər Bakıdan minaya düşən Elgünü xilas etmək üçün Tovuza yollandı

Aktual

7 Avqust 2018, 15:39

Xəbər verdiyimiz kimi, Tovuz rayonunda iki nəfər mülki şəxs minaya düşüb. Hadisə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıblar. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Modern.az xəbər verir ki, Tovuzdan olan millət vəkili Qənirə Paşayeva baş verən hadisəyə münasibət bildirib.

 

“Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verən hadisə, 2 kənd sakinimiz 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlunun minaya düşərək ağır bədən xəsarətləri alması xəbəri hamımızı üzdü.

 

Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı sakinlərimizi xilas etmək, onlara kömək üçün həkimlərimiz əllərindən gələni ediblər və edirlər. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa həkimlə, rayon icra hakimiyyəti başçısı Məmməd müəllimlə, Əlibəyli kənd icra nümayəndəsi ilə, həkimlərlə dəfələrlə danışmışam və hər kəs Elşad və Elgün üçün əlindən gələni etməyə çalışır. Bir az əvvəl Elşad bəylə danışdım. Çox şükür ki qəlpə yaraları ona həyati təhlükəli vəziyyət yaratmayıb və həkimlərimizin köməyi ilə yaraları təmizlənib, müalicələr aparılır və qısa zamanda inşallah sağalacaq.

 

14 yaşlı Elgünün vəziyyəti isə ağırdır. Əməliyyat olunub və həkimlərimiz, rayon mərkəzi xəstəxanası, rayon rəsmiləri, hamımız onun sağalması üçün əlimizdən gələni etməyə çalışırıq. Gəncədən də mütəxəssislər gəliblər. Yaralılarımız Səhiyyə Nazirliyinin xüsusi diqqətindədir. Bakıdan da mütəxəssislər çıxıblar və inşallah yaxın saatlarda Tovuza çatacaqlar və Elgünün sağalması üçün bütün imkanlar səfər olunub.

 

İnanırıq ki inşallah yaxşılaşacaq. Bir az əvvəl Elgünün xəstəxanada olan yaxınları ilə də danışdım və hamımızın Elgün üçün dua etdiyini və onun sağalması üçün gərəkən bütün dəstəklərin göstərildiyini və göstəriləcəyini söylədim. Allah kömək olsun.

 

Dualarınızı əskik etməyin. Hadisənin baş vermə səbəbləri tam araşdırılır və müvafiq qurumlar məlumatlar verirlər və verəcəklər. Öz növbəmdə bütün ön cəbhə kəndlərində yaşayan insanlarımızı ərazilərdə mina təhlükəsi ilə bağlı qurumlarımızın quraşdırdığı nişanlara hər zaman xüsusi diqqət göstərməyə,diqqətli olmağa,mina ilə bağlı məlumatlandırılmalara, xəbərdarlıqlara, bilgiləndirmələrə daha da həssas olmağa çağırıram. Allah insanlarımızı qorusun və inşallah bir daha belə acı hadisələr yaşanmasın. Allah ön cəbhədə yaşayan insanlarımızı və qoruyan əsgərlərimizi qorusun”.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı