Modern.az

Biləsuvar xəstəxanasında yanğın oldu

Biləsuvar xəstəxanasında yanğın oldu

Aktual

8 Avqust 2018, 11:09

Biləsuvar Rayon Mərkəzi xəstəxanasında yanğın baş verib.

Səhiyyə Nazirliyinin mıətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova  Modern.az-a açıqlamasında artıq yanğının söndürüldüyünü və heç kimin xəsarət almadığını deyib.

“Biləsuvar Rayon Mərkəzi xəstəxanasının birinci mərtəbəsində rentgen otağında olan kondisionerdə tüstülənmə baş verib. Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tüstülənməni yanğına keçməmiş qarşısını alıblar. Xəsarət alan yoxdur və heç bir avadanlığa ziyan dəyməyib. Tüstülənmə baş verən ərazi də artıq təmizlənərək istifadəyə verilib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı