Modern.az

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri açıqlanıb  

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri açıqlanıb  

Aktual

28 Avqust 2018, 14:02

Müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlərə əlavə yerləşdirmənin vakansiya seçiminin nəticələri məlum olub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a məlumat verilib.

Bildirilib ki, müsahibənin keçiriləcəyi vaxt və yer barədə məlumat uğur qazanmış namizədlərin şəxsi səhifələrinə göndərilib.

Əlavə yerləşdirmədə keçid balı toplayaraq işə qəbul oluna bilməyən  – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan, vakant yer tutub müsahibəyə gəlməyən namizədlər iştirak ediblər.

Elektron yerləşdirilmə zamanı vakant yer tutmuş namizədlərlə 30 avqust 2018-ci il tarixində müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı