Modern.az

Zəlzələ Lerikdə 124 evə ziyan vurdu

Zəlzələ Lerikdə 124 evə ziyan vurdu

Aktual

30 Avqust 2018, 10:01

Cənub bölgəsində baş vermiş zəlzələ nəticəsində Lerik rayonunda 124 evdə çatlar əmələ gəlib.

Bu barədə Modern.az-a Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

Onun sözlərinə görə, hadisə zamanı çatlar yaranan evlərə baxış keçirilib:

"Zəlzələ nəticəsində 124 yaşayış evində çatlar yaranıb, onlardan 37-də nisbətən iri çatlardır. Lakin heç bir ev təhlükəli vəziyyətdə deyil. Məsələ ilə bağlı akt tərtib edilib və aidiyyəti qurumlara təqdim edilib".

H.Məlikov qeyd edib ki, yaranan çatlar təhlükəli olmadığından ailələr evlərindən təxliyə olunmayıb.

O əlavə edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da günün ikinci yarısında əraziyə gəlib araşdırma aparacaqlar.

Qeyd edək ki, avqustun 28-i saat 16:58-də Lənkəran stansiyasından 13 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı