Modern.az

“Rövşən Rzayevə əlavə səlahiyyətlərin verilməsi təqdirəlayiq haldır” - DEPUTAT

“Rövşən Rzayevə əlavə səlahiyyətlərin verilməsi təqdirəlayiq haldır” - DEPUTAT

Aktual

30 Avqust 2018, 11:29

Dövlət başçısı İlham Əliyev Azərbaycan Prezidentinin 1999-cu il 6 dekabr tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

Bu fərmanla “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”nin 5.3-cü bəndində edilən dəyişiklik nəticəsində “Azərbaycan Respublikasının Baş nazirinin müavini” sözləri sənəddən çıxarılıb.

Beləliklə də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 9 nəfərdən ibarət Müşahidə Şurasına bundan sonra Baş nazirin müavini deyil, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri rəhbərlik edəcək. Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırki sədri Rövşən Rzayevdir.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Modern.az-a açıqlamasında xatırladıb ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilk dəfə yaradılarkən, Baş nazirin müavini qurumun Müşahidə Şurasının sədri idi:


“Bu ilin aprel ayında cənab Prezidentin imzaladığı fərmana əsasən, Baş nazirin müavini və “Dövlətqaçqınkom”un sədri vəzifələri ayrı-ayrı şəxslərə həvalə olunub. Qanunda edilən bu dəyişiklik ölkə başçısının Rövşən Rzayevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sədr təyin olunması zərurətindən irəli gəlirdi. Yəni qanun tələb edirdi ki, Müşahidə Şurasının sədri ya Baş nazirin müavini, ya da “Dövlətqaçqınkom”un sədri olmalıdır.

Dövlət başçısının dünən imzaladığı fərmanla bu səlahiyyətlər Rövşən Rzayevə keçdi”.

 

M.Abbaszadə Prezident İlham Əliyev tərəfindən imzalanan dünənki fərmanın şərhə ehtiyacı olmadığını bildirib:

“Ümumilikdə düşünürəm ki, fərman bu istiqamətdə müsbət dəyişikliklərə səbəb olacaq. Bu, gələcəkdə “Dövlətqaçqınkom”un, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun fəaliyyətini daha da gücləndirəcək, işin effektini daha da artıracaq. Cənab Prezidentin “Dövlətqaçqınkom”un sədrinin qarşısında qoyduğu vəzifələr-köçkünlərin normal şəraitlə, mənzillə təminatı, sosial inkişafı ilə bağlıdır. Bu proseslərin həyata keçirilməsində Rövşən Rzayevə əlavə səlahiyyətlərin verilməsi təqdirəlayiq haldır ki, qarşıya qoyulmuş  məqsədə nail olmaq mümkün olsun”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı