Xətai rayonunda içməli suyun verilişındə fasilə yaranıb.
Bu barədə Modern.az-a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. O qeyd edib ki, buna da səbəb ərazidə baş vermiş qəzadır:
"Şıxlınski küçəsində magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Mehmandarov və Şıxlınski küçələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb". "Azərsu"ASC yaranmış narahatlığa görə vətəndaşlardan üzr istəyir.