Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı dayandırılıb.
Modern.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, mənzil seçimi prosesi hal-hazırda dayandırılıb. Bugün saat 15:00-dan etibarən aktivləşdiriləcək.
Modern.az mənzil satışının növbəti dəfə bağlanmasına səbəbini öyrənmək üçün MİDA-nın mətbuat xidmətinin rəhbəri Diana Dadaşova ilə əlaqə saxlayıb. D.Dadaşova saytımıza satışın saat 15:00-da bərpa olunacağını deyərək, səbəbləri açıqlamaq istəməyib.
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən ilk dəfə may ayında Yasamal Yaşayış Kompleksində sosial mənzillərin satışı təşkil edilsə də, sonradan prosedur dayandırılıb və nəticələr ləğv edilib. Mənzillərin təkrar satışının bu gün həyata keçiriləcəyi elanı verilsə də səbəbi məlum olmayan problem üzündən satış dayandırlıb.