Modern.az

“Güzəştli mənzil” seçən vətəndaşların 90 faizi ərizələrini imzaladı

“Güzəştli mənzil” seçən vətəndaşların 90 faizi ərizələrini imzaladı

Aktual

5 Sentyabr 2018, 20:03

Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşən 324 mənzilin seçimi uğurla başa çatdırılıb.

Bu barədə MİDA-dan Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, güzəştlə mənzil əldə etmək hüququna malik olan vətəndaşlar Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə “Güzəştli mənzil” sistemində öz elektron kabinetlərinə daxil olub real vaxt rejimində mənzilləri bərabər şəraitdə seçim imkanına malik olub.

 

Mənzili seçmiş vətəndaşlara ərizələrinin imzalanması üçün növbəti günün sonuna qədər vaxt verilsə də, bu saata olan məlumata əsasən onlardan 90%-dən çoxu artıq mənzil seçimi ərizələrini imzalayaraq təqdim edib.

 

İmzalama prosesində vətəndaşların Elektron İmza və Asan İmzadan istifadəsi, onlayn imzalayıcı proqramının kompüterlərə yüklənməməsi və digər suallarla bağlı MİDA-ya və 108 Çağrı Mərkəzinə daxil olan müraciətlərin xüsusi işçi qrup tərəfindən operativ cavablandırılması təmin edilib. Hər bir müraciət işçi qrup tərəfindən dərhal dəqiqliklə araşdırılmış və vətəndaşlara lazımi köməklik göstərilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı