Modern.az

Gürcüstana yarışa gedən idmançımız qəzada öldü

Gürcüstana yarışa gedən idmançımız qəzada öldü

Aktual

7 Sentyabr 2018, 22:22

Tbilisidə II Avropa oyunlarına D kateqoriyalı lisenziya xarakterli yarışa yollanan sambo üzrə yığma komandanın üzvü  Kərimov Yusif Arif oğlunu (23.03.1984) (52 kq) bir az bundan öncə maşın vurub. Modern.az xəbər verir ki, idmancımız zərbənin təsirindən hadisə yerində dunyasını dəyişib.  Avtomobil Yusif Kərimovu səkinin üstündə dayanarkən vurub.

 

Hal-hazırda Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparır.

 

 

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova Modern.az-a açıqlamasında məlumatı təsdiqləyib.

 

 

Məlumata görə, Azərbaycan tərəfi aidiyyati qurumlarla (Azərbaycanın Gürcüstandakı səfirliyi) idmançının cənazəsinin ölkəmizə gətirilməsi üçün tədbirlər görür.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı