Modern.az

Bakı Nəqliyyat Agentliyi 6 marşrutu müsabiqəyə çıxardı - SİYAHI  

Bakı Nəqliyyat Agentliyi 6 marşrutu müsabiqəyə çıxardı - SİYAHI   

Aktual

10 Sentyabr 2018, 10:08

Bakı Nəqliyyat Agentliyi (BNA) daha 6 marşrut xəttini müsabiqəyə çıxarıb. BNA-nın mətbuat katibi Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, bunlar 1, 2, 18, 61, 147 və 217  nömrəli müntəzəm marşrut xətləridir.

M.Ağayevin bildirdiyinə görə, daxil olan vətəndaşların müraciətləri əsasında sadalanan  müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib:

“Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd, bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı