Modern.az

Bakı Metropoliteni Bilik günündə aksiya keçirəcək  

Bakı Metropoliteni Bilik günündə aksiya keçirəcək   

Aktual

13 Sentyabr 2018, 11:23

Sentyabrın 15-də Bilik günü münasibəti ilə Bakı Metropolitenində növbəti dəfə sosial yönümlü tədbir keçiriləcək. Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmədov məlumat verib.

 

Tədbirin “Elmlər Akademiyası”ndan start götürəcəyi, daha sonra digər stansiyalarda davam etdiriləcəyi gözlənilir.


B.Məmədovun sözlərinə görə, Bilik günündə belə bir sosial layihənin keçirilməsində məqsəd metrodan istifadə edən məktəbliləri təbrik etmək, onlara yeni dərs ilində uğurlar arzulamaqdır.

 
Tədbirdə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin əəkdaşlarının və digər metropoliten mütəxəssisləri iştirakı gözlənilir.

Bu zaman metropolitendən istifadə edən məktəblilərə hədiyyələrin təqdim olunacağı nəzərdə tutulub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı