Modern.az

Mehriban Əliyevanın Roma Papası ilə görüşünün əhəmiyyəti hədsiz böyükdür – Deputat ŞƏRHİ

Mehriban Əliyevanın Roma Papası ilə görüşünün əhəmiyyəti hədsiz böyükdür – Deputat ŞƏRHİ

Aktual

27 Sentyabr 2018, 15:07

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 26-da İtaliyaya səfəri çərçivəsində Roma Papası Fransisk ilə görüşüb.

 

Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a açıqlamasında Mehriban Əliyevanın Roma Papası ilə görüşünü şərh edib. Deputatın sözlərinə görə, bu görüşün əhəmiyyəti hədsiz böyük olacaq.

 

“Bildiyiniz kimi Mehriban xanım təkcə Birinci vitse-prezident kimi yox, həm də Heydər Əliyev Fondunun rəhbəri kimi neçə illərdir ki mədəniyyət sferasında ciddi diplomatik missiyanı yerinə yetirir. Ölkənin siyasi problemlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və münasibətlərin inkişafı baxımından bu addımlar təqdirəlayiqdir. Xüsusilə Roma Papası ilə görüşün bütün katolik dünyasında Azərbaycanın mövqelərinin möhkəmlənməsi üçün faydalı olacağını düşünürəm və görüşün əhəmiyyəti hədsiz böyük olacaq”.

 

Deputat bildirib ki, Papanın hər hansı ölkəyə gedişi yaxud da hansısa ölkənin ali təmsilçiləri  ilə görüşməsi  olduqca vacibdir.

 

“Azərbaycanın Birinci xanımının diplomatik missiya olaraq bu işi gerçəkləşdirməsi Azərbaycanın həm Şərqdə, həm də Şərqi-Avropa qovşağında müasir dəyərlərə sahib bir ölkə olduğunun tanıtımı baxımından əhəmiyyətlidir.

 

Hesab edirəm ki, Papa ilə təmasın qurulması xüsusilə, Azərbaycanın ağrılı problemlərinin həlli istiqamətində müəyyən dərəcədə xristian dünyasında mövqelərin daha da obyektiv məcraya gələ bilməsinə fayda verəcək. Bu cür addımların atılması vacibdir. Hər halda, bu görüşü uğurlu hesab edirəm”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı