Modern.az

“Qobu Park”dakı köçkünlər üçün marşrut xətti açıldı

“Qobu Park”dakı köçkünlər üçün marşrut xətti açıldı

Aktual

27 Sentyabr 2018, 17:09

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyat xidmətlərindən istifadəsini təmin etmək məqsədi ilə 194 nömrəli müntəzəm marşrut xətti təşkil edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, bu marşrut xətti vasitəsilə avtobuslar başlanğıc nöqtəsi Milli Onkologiya Mərkəzinin yaxınlığındakı dayanacaq məntəqəsi olmaqla, “Qobu Park” yaşayış kompleksi istiqamətində sərnişinlərin daşınmasını həyata keçirəcək.

Yeni marşrut xətti üzrə avtobuslar 29.09.2018 tarixindən test rejimində fəaliyyət göstərəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı