"Hazırda Azərbaycan və Rusiya beynəlxalq nəqliyyat dəhlizi olan Şimal-Cənub dəhlizi çərçivəsində imkanların genişləndirilməsi üzərində işləyir".
Modern.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bura mal və məhsulların dəmiryolu işə daşınması ilə yanaşı, Xəzər dənizində gəmilərlə limanlara daşınması layihəsi də öz əksini tapıb:
"Bununla əlaqədar biz Bakıdan Rusiyanın müxtəlif limanlarına bərə səfərlərinin təşkili üzərində danışırıq. Bura həmçinin bizim limanların texnoloji imkanları, limanlararası gəmi reyslərinin artırılması daxildir. Bu Rusiya və Azərbaycan arasında logistika, nəqliyyat və daşımalar sahəsində ən vacib istiqamətlərdən biridir və bu istiqamətdə əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik".