Modern.az

İşıqlar sönəcək

İşıqlar sönəcək

Aktual

28 Sentyabr 2018, 11:22

Sentyabrın 28-də bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, saat 12.00-dan 14.30-a qədər 110 kv-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri aparılacaq.

Bununla əlaqədar  Abşeron rayonu Xırdalan şəhərinin  25,26,28-ci  məhəllələri, Quşçuluq Massivi , AAAF Park,kənd Xırdalan, Masazır qəsəbəsinin  bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. 

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı