Modern.az

Hərbi zavodda yanıq xəsarəti alanlar Bakıya gətirildi

Hərbi zavodda yanıq xəsarəti alanlar Bakıya gətirildi

Aktual

1 Oktyabr 2018, 11:36

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş vermiş yanğın nəticəsində xəsarət alan iki nəfər Bakıdakı Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

 

Bu barədə Modern.az-a  Mərkəzinin rəhbəri Şöhrət Məmmədov məlumat verib.

O qeyd edib ki, xəstələr reanimasiya şöbəsində müalicə alırlar:

“Onlar Şirvan şəhər sakinləri, 1972-ci il təvəllüdlü İsmayılov Sabit Əlisultan oğlu və 1976-cı il təvəllüdlü Xəlilov Vaqif Valeh oğludur. Hər iki ətrafın, üz və əllərinin, kürək nayihəsinin 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriliblər”.


Baş həkim deyib ki, xəstələrdən birinin bədən səthinin 45, digərinin isə 25 faizi yanıb:

“Amma həmin yanıqlar ağır dərəcəli yanıqlardır. Hazırda hər iki şəxsin müalicəsi davam etdirilir”. 

 

Xatırladaq ki, sentyabrın 28-də Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda yanğın hadisəsi baş verib. Hadisə nəticəsində zavod işçiləri - Şirvan şəhər sakinləri, 1972-ci il təvəllüdlü İsmayılov Sabit Əlisultan oğlu və 1976-cı il təvəllüdlü Xəlilov Vaqif Valeh oğlu xəsarət alıb.

 

Fakta görə Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 223.1-ci (Partlayış təhlükəli obyektlərdə və ya partlayış təhlükəli sexlərdə təhlükəsizlik qaydalarının pozulması, ehtiyyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı