“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərar”ına uyğun olaraq, 6, 38, 81, 85, 119, 135 və 165 nömrəli müntəzəm marşrutlar müsabiqəyə çıxarılıb.
Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.
O qeyd edib ki, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması nəzərdə tutulub:
“Məqsəd, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”nın müvafiq tələbinin icrasını təmin etməkdir. Sərnişindaşımada keyfiyyətin artırılması da müsabiqənin əsas məqsədlərindəndir”.
Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri Ziya Bünyadov 111.
(Əlaqələndirici şəxs: Elvin Həsənov, telefon: 404-79-45 (daxili 2248).