Modern.az

Binədəki dəhşətli qəzanın səbəbi AÇIQLANDI

Binədəki dəhşətli qəzanın səbəbi AÇIQLANDI

Aktual

1 Oktyabr 2018, 15:59

Bakının Binə qəsəbəsində baş verən dəhşətli qəzanın səbəbləri açıqlanıb.

Bu barədə Modern.az-a məlumat verən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib ki, hadisə zamanı qatar maşinistinin heç bir günahı olmayıb:

“Avtobusu idarə edən sürücü giriş qadağan olduğu halda qorunan əraziyə daxil olub. Ərazidə dəmir yoluna giriş şlaqbaumları hər iki tərəfdə bağlı olub. Orada qatarın sürəti 40 km/saat göstərilsə də, hərəkətdə olan qatarın sürəti 30 km/saat olub. Avtobus sürücüsü şlaqbaumların bağlı olmasına baxmayaraq, qatar yoluna çıxıb və toqquşub. Hazırda hadisə yerində araşdırmalar aparılır".

Xatırladaq ki, bu gün saat 14:35 radələrində Bakının Binə qəsəbəsi ərazisində 160 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə qatar toqquşub. Hadisə nəticəsində 1 nəfə azyaşlı dünyasını dəyişib, 20 nəfər xəsarət alıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı