Bakının Binə qəsəbəsində dəhşətli qəzanı törədən sürücü saxlanılıb.
Bu barədə Modern.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib.
Qurum rəsmisi deyib ki, saxlanılan avtobusun sürücüsü 3 may 1983-cü il təvəllüdlü Elxan Əlibaba oğlu Şirəliyevdir:.
“O sağ qolun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib”.
S.Qədirova qeyd edib ki, hadisə zamanı qatar maşinistinin heç bir günahı olmayıb:
“Avtobusu idarə edən sürücü giriş qadağan olduğu halda qorunan əraziyə daxil olub. Ərazidə dəmir yoluna giriş şlaqbaumları hər iki tərəfdə bağlı olub. Orada qatarın sürəti 40 km/saat göstərilsə də, hərəkətdə olan qatarın sürəti 30 km/saat olub. Avtobus sürücüsü şlaqbaumların bağlı olmasına baxmayaraq, qatar yoluna çıxıb və toqquşub”.