Modern.az

Yol qəzasında 5 nəfər yaralandı

Yol qəzasında 5 nəfər yaralandı

Aktual

3 Oktyabr 2018, 20:43

Abşeron rayonunda yol qəzası baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

 

Belə ki, iki minik avtomobilinin toqquşması zamanı Sumqayıt şəhər sakinləri - 1962-ci il təvəllüdlü Hidayət Nəbi oğlu Nəsirov, 1977-ci il təvəllüdlü Ramin Adil oğlu Əsgərov, 1983-cü il təvəllüdlü Nurşən Bəşir oğlu Şəfiyev, 1994-cü il təvəllüdlü Qədim Mustafa oğlu Məmmədov və 1964-cü il təvəllüdlü İlqar Nail oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı