Modern.az

Azərbaycan şahmatçıları növbəti görüşünü keçirib

Azərbaycan şahmatçıları növbəti görüşünü keçirib

Aktual

3 Oktyabr 2018, 21:14

Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçiriblər. Modern.az "Report"a istinadən xəbər verir ki, IX turda milli komandalar müvafiq olaraq, Çin və Ukrayna ilə üz-üzə gəlib.

 

Kişilərdən ibarət yığma çinli şahmatçılara uduzub. Qadınlar isə Ukrayna ilə heç-heçə edib.

 

Kişilər

Azərbaycan - Çin - 1,5:2,5

Şəhriyar Məmmədyarov - Din Lijen - 0,5:0,5

Teymur Rəcəbov - Yu Yanyi - 0,5:0,5

Arkadi Naydiç - Vey Yi - 0,5:0,5

Eltac Səfərli - Bu Syançji - 0:1

 

Məmmədyarov və Naydiç ağ, Rəcəbovla Səfərli qara fiqurlarla oynayıb.

 

Qadınlar

Azərbaycan - Ukrayna - 2:2

Günay Məmmədzadə - Anna Muzıçuk - 0:1

Xanım Balacayeva - Mariya Muzıçuk - 0,5:0,5

Gülnar Məmmədova - Anna Uşenina - 1:0

Ülviyyə Fətəliyeva - Yuliya Osmak - 0,5:0,5

 

Məmmədzadə və Məmmədova ağ, Balacayeva ilə Fətəliyeva qara fiqurlarla mübarizə aparıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı