Modern.az

Göyçayda "Nar bayramı" MDB-nin ən reytinqli payız festivalı oldu

Göyçayda "Nar bayramı" MDB-nin ən reytinqli payız festivalı oldu

Aktual

3 Oktyabr 2018, 21:41

Rusiyanın "TurStat" analitik agentliyi MDB ölkələrində oktyabrda keçiriləcək meyvə və şərab festivallarının reytinqini açıqlayıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, siyahıya Azərbaycanın Göyçay rayonunda 2006-cı ildən hər il keçirilən "Nar bayramı" başçılıq edir.

Qeyd olunur ki, oktyabrın 26-dan noyabrın 7-dək keçiriləcək festival iştirakçılarına 60 növdən çox nar və nar şirəsi, həmçinin digər nar məhsulları təklif olunur.

 

Festivalın keçirildiyi Göyçayda hər il 30 ton nar yığılır.

 

Siyahıda ilk üçlüyə 6-7 oktyabrda Moldovada keçiriləcək "Şərab günü" də var.

 

Kişinyovdakı festivalda qonaqları şərabçıların paradı, Moldova istehsallı şərabların dequstasiyası, sərgi-satışı və yerli sənətkarların yarmarkası gözləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı