Modern.az

Azərbaycan üzgüçüsü Dünya Kubokunda qızıl medal qazandı

Azərbaycan üzgüçüsü Dünya Kubokunda qızıl medal qazandı

Aktual

3 Oktyabr 2018, 22:30

Azərbaycan üzgüçüsü Maksim Şemberev Hollandiyanın Eindhoven şəhərində Dünya Kuboku mərhələsində bir qızıl və bir bürünc medal qazanıb. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı bildirib.

 

M.Şemberev 1500 metr məsafəyə sərbəst üsulla yarışlarda qızıl, 400 metr məsafəyə kompleks yarışında isə bürünc medal qazanıb.

 

F.Bənənyarlı qeyd edib ki, hazırda 400 metr məsafəyə üzmə yarışlarında M.Şemberev dünya reytinqində 10-cu, Avropa reytinqində isə 3-cü yerdədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...