Modern.az

Qadın voleybolçularımız Tailand millisinə uduzdu

Qadın voleybolçularımız Tailand millisinə uduzdu

Aktual

4 Oktyabr 2018, 13:36

Azərbaycan millisi qadınlar arasında voleybol üzrə dünya çempionatının ilkin qrup mərhələsində sonuncu oyununu oktyabrın 4-də Kobedə Tailand yığmasına qarşı keçirib.

Modern.az xəbər verir ki, oyun 1:3 hesabı ilə Tailand yığmasının qələbəsi ilə başa çatıb.

Məğlub olmasına baxmayaraq, Azərbaycan yığması növbəti mərhələyə yüksəlib. Dünya çempionatının C qrupunda keçirdiyi 5 görüşün ikisində qalib gələrək 6 xal toplayan milli komandamız qrupu dördüncü sırada başa vurub. Tailand yığması isə 10 xalla üçüncü pillədə yer alıb.

Koreya Respublikasının voleybolçuları sonuncu turda Trinidad və Tobaqo yığmasına 3:0 hesabı ilə qalib gəlsələr də, bu təsəlliverici qələbə olub. Koreyalılar 4 xalla qrupda beşinci, xalı olmayan Trinidad və Tobaqo isə sonuncu sırada qərarlaşıblar.

Qrup birincisi adı uğrunda hər birinin aktivində 11 xal olan Rusiya və ABŞ milliləri qarşılaşacaqlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı