Modern.az

Deputatı döyüb üzünə "zelyonka" atdılar

Deputatı döyüb üzünə

Aktual

4 Oktyabr 2018, 13:58

Kiyevdə Şəhər Şurasının deputatı Sergey Qusovski hücuma məruz qalıb.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə şəhərin meri Vitali Kliçko deyib.

 

Bildirilir ki, S.Qusovski naməlum şəxslər tərəfindən döyülüb və üzərinə sintetik rəngləyici brilyant yaşıl məhlul (“zelyonka”) atılıb.

Hadisədən dərhal sonra deputat xəstəxanaya yerləşdirilib. Onun görmə qabiliyyətinin zərər çəkdiyi deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!