Modern.az

Azərbaycanda universitet müəllimi DƏLƏDUZLUQ ETDİ

Azərbaycanda universitet müəllimi DƏLƏDUZLUQ ETDİ

Aktual

4 Oktyabr 2018, 15:11
Gəncə Texnologiya Universitetinin müəllimi Bakı şəhər sakininə qarşı dələduzluq edib.
 
Modern.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gəncə şəhər Baş Polis İdarəsinə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi, 4 ünvanda yaşayan Lətifova Vəsilə Qardaşxan qızı ərizə ilə müraciət edib. Bildirib ki, Universitetin Musa adlı müəllimi oğlu Lətifov Xəyal Vəli oğlunu adıçəkilən universitetə qəbul etdirmək üçün ondan 2011-ci ildə 25 min manat, qızı Lətifova Səyyarə Vəli qızını isə Gəncə Müəllimlər İnstitutuna qəbul etdirmək üçün 2012-ci ildə 13 min 500 manat alıb.
 
Lakin həmin şəxs onu aldadıb.
 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanıb.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır