O, şəhərin 200 illiyinə həsr olunan tədbirdə iştirak edəcək.
Allahşükür Paşazadə Qroznı şəhərinin yaranmasının 200 illiyinə həsr olunan tədbirdə iştirak edəcək.
QMİ-nin mətbuat xidmətindən Modern.az bildiriblər ki, oktyabrın 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə yola düşəcək.
Qroznı şəhərinin yaranmasının 200 illiyinə həsr olunan yubiley tədbirində fəxri qonaq qismində iştirak edəcək şeyxülislam A.Paşazadə təbrik nitqi söyləyəcək. O, respublika rəhbərliyi və tədbirdə iştirak edəcək qonaqlarla görüşlər də keçirəcək.