Modern.az

Qalaaltı beynəlxalq assambleyada təmsil olunur

Qalaaltı beynəlxalq assambleyada təmsil olunur

Aktual

4 Oktyabr 2018, 17:45

03-05 oktyabr 2018-ci il tarixində İspaniya Krallığının Orense şəhərində keçirilən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) Baş Assambleyasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Xalq Yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin Mədəni marşrutların inkişafı və marketinq sektorunun müdiri Günel Aslanova iştirak edir.

Modern.az xəbər verir ki, Baş Assambleya "Tarixi və Termal ərazilərdən davamlı istifadənin mümkünlüyü" şüarı adı altında keçirilir və bir neçə panel bu istiqamətdə müzakirələrə həsr olunub. Tədbirin açılışında Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti Cüzeppe Bellandi, Orense vilayətinin prezidenti Baltar Blanko, Orense şəhərinin meri Xesus Vaskes və digər rəsmi qonaqlar salamlama nitqiylə çıxış etmiş və tədbirin əhəmiyyətindən bəhs etmişlər.

EHTTA-nın prezidenti Cüzeppe Bellandi çıxışında tarixi və termal şəhərlərin vəhdətinin mədəni irsin inkişafına təkan verdiyini və bu strategiya əsasında qurulan təşkilatın fəaliyyəti nəticəsində şəbəkənin ildən ilə daha da genişləndiyini qeyd etdi. Daha sonra artıq ötən Assambleyada təqdimatı keçirilmiş və rəsmi sənədləri təqdim etmiş Portuqaliyanın Kaldes de Montbui şəhəri EHTTA-nın üzvlüyünə qəbul edilməsi haqqında qərar verildi. Bununla da, hal-hazırda 15 ölkədən 42 şəhər Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının tərkibində yer alır.

Xatırladırıq ki, 05 oktyabr 2018-ci il tarixində keçiriləcək iclasda növbəti ildə Azərbaycanın Qəbələ şəhərinin bu beynəlxalq təşkilata üzv seçilməsi ilə bağlı təqdimat keçiriləcəkdir.

Avropa Şurasının mədəni marşrutlar layihəsi çərçivəsində fəaliyyət göstərən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Avropada mədəni irsin qorunması sahəsində mühüm işlər həyata keçirir və 2016-cı ildən etibarən Qalaaltı bu təşkilatın bərabərhüquqlu üzvüdür.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı